Biləsuvarda ağır qəza: iki ölü

Biləsuvarda ağır qəza:

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib. Ölənlərin Biləsuvar sakinləri olduğu bildirilir.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...