Sabirabadda mərkəzi bazar yanır

Sabirabadda mərkəzi bazar yanır
Bu gün səhər saatlarında Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən Mərkəzi bazarda yanğın baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şahidlərinin sözlərinə görə, yanğın "Əmin" market ticarət obyektindən başlayıb.

Alov gücləndikcə əhatə dairəsi daha da genişlənib. Hadisə yerinə FHN-in 15-ə yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...