“Pozitiv dinamikanı itirməyə başlamışıq”

“Pozitiv dinamikanı itirməyə başlamışıq”
“Bu gün 76 nəfərdə yoluxma qeydə alınıb, 28 nəfər sağalıb”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, 21 nəfərin vəziyyəti ağırdır:

“Son vaxtlar əldə etdiyimiz pozitiv dinamikanı itirməyə başlamışıq. Bu, gözlənilən idi. Karantin qaydalarına riayət etmək lazımdır”.

***

Yaqut Qarayeva əlavə edib ki, yanvarın sonlarında koronavirusla mübarizədə ehtiyac ola biləcək bütün avadanlıqlar və qoruyucu vasitələr dövlət rəhbərliyi tərəfindən sifariş edilərək ölkəyə gətirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...