190 manat alanlar arasında kişilər qadınlardan çoxdur
Birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır. Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazirin sözlərinə görə, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir:
“Həmçinin, onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30, 25 faizi 30-40, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır”.
S.Babayev qeyd edib ki, digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, birdəfəlik ödəmə proqramının icrası ilə bağlı da nazirlik ictimai aşkarlığa və ictimai nəzarətə xüsusi önəm verir:
“Bu məqsədlə birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı nazirliyin saytında yerləşdirilib. Qeyd edək ki, ötən dövrlərdə ünvanlı dövlət sosial yardımı alanların, özünüməşğulluq proqramına cəlb olunanların, mənzil, fərdi ev və avtomobillə təmin edilənlərin, ödənişli ictimai işlərə cəlb olunanların siyahıları da nazirliyin saytında yerləşdirilərək ictimaiyyətə açıqlanıb”.
608 dəfə oxundu