Güclü külək Bərdəni işıqsız qoydu - VİDEO VIDEO

Güclü külək Bərdəni işıqsız qoydu - VİDEO
Bərdə rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

Baku TV xəbər verir ki, külək rayon ərazisində iri ağacları və onların budaqlarını qıraraq avtomobillərin üzərinə aşırıb.

Bəzi yerlərdə isə elektrik dirəkləri zədələndiyindən, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün işlərə başlayıb.

Hazırda güclü küləyin rayona vurduğu ziyanın hesablanması üzrə iş aparılır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...