“Erməni lobbisi ilk dəfə idi ki, çox böyük belə bir zərbə aldı” — Asim Mollazadə
“ABŞ Konqresinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi sənəd mühüm qərardır. Bu qərar ilk növbədə Ermənistanın Azərbaycan ərazisini işğalını təsdiq edir, yüz minlərlə azərbaycanlının etnik təmizləmə siyasəti nəticəsində öz torpaqlarından didərgin düşməsini qeyd edir”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, qəbul edilən qərarda ABŞ Dövlət Katibi, Müdafiə Nazirliyi, ümumiyyətlə Amerika hökuməti qarşısında işğal olunmuş ərazilərdən olan qaçqın və məcburi köçkünlər barəsində Konqresə xüsusi məlumaların çatdırılması əksini tapıb.
“Mənə elə gəlir ki, bu artıq ABŞ qanunvericilik hakimiyyətinin məhz erməni işğalçı rejiminə qiymət verməsi deməkdi. Mənə elə gəlir ki, gələcəkdə işğalçı rejimin törətdiyi hərbi cinayətlərinə də qiymət veriləcək. Çünki etnik təmizləmələr, Xocalı kimi soyqırım və digər hərbi cinayətlər işğalçı rejim tərəfindən həyata keçirilib.Beynəlxalq aləm bunan qiymət verəcək. Biz çalışmalıyıq ki, bu istiqamətdə bütün məlumatlar Amerika ictimaiyyətinə və siyasətçilərinə çatdırılsın”- deputat qeyd edib.
Erməni lobbisinin ciddi məğlubiyyətə düçar olduğunu qeyd edən millət vəkili bildirib ki, ABŞ-da olan erməni lobbisi ilk dəfədir çox böyük zərbə alır: “Bu erməni lobbisinə sarsıdıcı bir zərbə oldu. Erməni lobbisi ona görə məğlub oldu ki, Amerika ilk növbədə ən nəhayətində öz milli maraqlarını müdafiə etməli oldu. İkincisi, erməni lobbisinin çalışdığı korrupsioner siyasətçilər ciddi zərbə alıblar”.
Konqresin qərarının təcavüzkar Ermənistana hərbi yardımların kəsilməsi və ya azaldımasına təsirlərinə gəldikdə deputat bildirib ki, işğalçı Ermənistana bütün hərbi yardımlar kəsilməlidir: “ Təcavüzkar Ermənistan hərbi yardımları ABŞ-dan daha çox Rusiya və İrandan alır. Mənə gəlir ki, bu məsələ ətrafında da ciddi müzakirələr aparılmalıdır. Bir şeyi də xatırlatmaq istərdim ki, hətta Suriyadakı erməni yaraqlı dəstələri “Hizbullah”la birgə ABŞ ordusuna və onun rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qarşı döyüşür”.
Deputat onu da əlavə edib ki, bu qərar məcburi köçkün və qaçqınların öz ata yurdlarına dönməsi baxımından çox əhəmiyyətlidir. “ABŞ işğalçı Ermənistanı sülhə vadar edib, öz təcavüzkar siyasətindən əl çəkməyə məcbur etməli və qaçqınların öz ata yurdlaırna dönməsinə şərait yaratmalıdır”- A.Mollazadə vurğulayıb.
668 dəfə oxundu