Şəkidə gizli işləyən çayxana Səhiyyə Nazirliyinə məxsusdur

Şəkidə gizli işləyən çayxana Səhiyyə Nazirliyinə məxsusdur

Şəkidə karantin qaydalarını pozan çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya şimal-qərb bürosuna verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhərin Bağbanlar küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.

Araşdırmalar zamanı həmin çayxananın Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon şöbəsinin nəzdində fəaliyyət göstərdiyi məlum olub.

Mərkəzinin rayon şöbəsinin direktoru polis şöbəsinə dəvət olunaraq onunla profilaktiki söhbət aparılıb, qanunauyğun tədbirlər görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...