"Erməni təxribatına etiraz olaraq 25 ölkədə 56 aksiya keçirilib" - Diaspor Komitəsi

"İyulun 12-də sərhədin Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatdan dərhal sonra xaricdə yaşayan soydaşlarımız tam şəkildə səfərbər oldular və Ermənistanın təxribatına qarşı etiraz aksiyaları başlanıldı".
“Report” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bu gün keçirilən brifinqdə deyib.
“Eyni zamanda etiraz akiyaları ilə yanaşı soydaşlarımız Azərbaycan Ordusuna, Prezident İlham Əliyevə də dəstək aksiyaları keçirdilər. Ümumilikdə bu günə kimi 25 ölkədə 56 aksiya keçirilib. Bütün aksiyalar keçirilməzdən öncə soydaşlarımız yaşadıqları ölkədə aidiyyatı qurumlardan icazə alıb, zaman və məkan razılaşdırılıb. Bu tədbirlər dinc və sivil fomada keçirilir. Sözsüz ki orada müəyyən şüarlar səsləndirilir, mesajlar verilir. Ermənistan tərəfindən tapşırılqlar və təlimatlar əsasında beynəlxalq terror təkilatları adlanan xüsussi qruplar tərəfindən bizim soydaşlarımıza qarşı təxribatlar törədilir. Yandırıcı, partlayıcı ləvazimatlarla, şüşə və daşla soydaşlarımıza hücum edirlər”.
594 dəfə oxundu