Beşbarmaqda köməksiz qalan şəxs xilas edildi

Beşbarmaqda köməksiz qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
860 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...