İctimai Televiziyadan icra başçılığına - Biləsuvarın yeni icra başçısı kimdir?

İctimai Televiziyadan icra başçılığına -
Xəbər verdiyimiz kimi, Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AZXEBER.COM xəbər verir ki, yeni icra başçısı Faiq Qürbətov uzun illər gənclər sektorunda çalışıb.

O Gənclər Fondunda məsul vəzifədə işləyib.

Faiq Qürbətovun son işi isə İctimai Televiziya olub. O İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Faiq Qürbətov 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...