Sabir Rüstəmxanlı Mehdiyevin nəvəsinin toyundan danışdı - “Bağışlanılmazdır!“

Sabir Rüstəmxanlı Mehdiyevin nəvəsinin toyundan danışdı -
“Kimliyindən asılı olmayaraq hər kəs qanuna əməl etməli və real şəraitə uyğun davranmalıdır. Karantinin nə vaxtadək davam edəcəyi, bəlkə də, bitmə vaxtının çoxdan çatdığı və sair kimi iddialar başqa məsələdir. Əsas odur ki, karantin davam edir və bu, hamıya aiddir. Qanundan danışanların qanunu tanımaması yolverilməzdir“.

Gundeminfo.az xəbər verir ki, bu sözləri sherg.az-a açıqlamasında VHP sədri, Milli Məclisin deputatı sabir rüstəmxanlı deyib. S.Rüstəmxanlının fikrincə, gənclər qanunu pozmadan da arzularına çata bilərdilər:

“Tanıdığım 4-5 cütlük var ki, toy üçün dəfələrlə şadlıq sarayına müraciət etsələr də, karantin qaydaları buna mane olub. Bəziləri sadə nikah bağlayır. Hətta ənənəvi üsuldan istifadə edərək, qız qaçıranlar da var.

Əlbəttə, bunlar müəyyən mənada anlaşılandır. Amma indiki məqamda belə bir təşəbbüs bağışlanılmazdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...