Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına müraciət olub?

Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına müraciət olub?
Deputat Siyavuş Novruzovun karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, İntizam Komissiyasının üzvü Fəzail Ağamalı deyib. Deputat bildirib ki, məlum faktlarla bağlı komissiyaya şikayət daxil olsa, araşdırılacaq:

"Parlament sentyabrın 15-də məzuniyyətdən qayıdacaq. Biz komitələr səviyyəsində işə çıxacağıq. Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb”.

Deputat qeyd edib ki, Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olsa, bu barədə mətbuata məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...