"İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik”

"İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik”
“Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.

“Report”un bölgə müxbiri xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır: “Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...