Karantin rejiminin sərtləşdirilməsi labüddür - Hikmət Hacıyev

 Karantin rejiminin sərtləşdirilməsi labüddür -
Ayrı-ayrı dünya ölkələri koronavirusun fəsadlarını qarşıdan gələn dövrlərdə daha qabarıq hiss edəcəklər. Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

H.Hacıyev qeyd edib ki, bu prosesin fonunda işsizlik problemi də artacaq. Onun sözlərinə görə, artıq koronavirus təhlükəli hal alıb: "Sosial şəbəkələrdən, ətrafımızdan da görürük ki, yoluxmalar artır, həmçinin ağırlaşma halları müşahidə edilir. Bu səbəbdən də karantin rejiminin sərtləşdirilməsi labüddür".


H.Hacıyev qeyd edib ki, bəzi hallarda koronavirusa yoluxan şəxslər küçələrdə sərbəst şəkildə hərəkət edirlər. Bu isə yolverilməzdir. 2020-ci ildə koronavirusa yoluzan və bilərəkdən yaşayış yerini tərk etməklə bağlı 266 cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...