"Müəyyənləşdirilmiş ərazilər var, sülhməramlılar orada dayanmalıdır" (ŞƏRH)
"Azərbaycan dövləti və onun rəhbəri heç bir zaman ərazi bütövlüyü, suverenlik, müstəqillik və milli maraqlar məsələsində bir addım da geriyə atmayıb, bu gündən sonra atılmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Rusiya sülhməramlılarının sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritədən danışarkən deyib. Emin Həsənli Qarabağda qalan terrorçuların tərksilah olub, Azərbaycan ərazisini tərk etməyinin vacib olduğunu vurğulayıb:
"Azərbaycan öz ərazi bütövlüyün bərpa edib. Sülhməramlıların sülhün təmin olunmasında rolu var. Terrorbaşı ilə sülhməramlıların rəhbərinin görüşü Azərbaycan ictimaiyyətini qıcıqlandırır. Azərbaycan ictimaiyyətinin narahatçılığı iki məsələdə başa düşüləndir:
1. Erməni tərəfi heç bir zaman atəşkəsə əməl etməyib, öhdəliklərini yerinə yetirməyib;
2. Rus sülhməramlıları konkret addımlar atmalıdır və Azərbaycan ictimaiyyəti bunu gözləyir.
Düzdür, Ağdam, Laçın və Kəlbəcərin azad edilməsində biz bunu gördük, amma beynəlxalq hüquq və normalar var, sülhməramlıların missiyası bəllidir. Öncədən müəyyənləşdirilmiş ərazilər var ki, sülhməramlılar orada dayanmalıdır. Həmin ərazilərin hamısı Azərbaycana aiddir. Qarabağda terrorçular rədd olub getməlidir".
Emin Həsənli onu da əlavə edib ki, Qarabağda Azərbaycan bayrağı asılmalı, dövlət qurumları, hüquq-mühafizə orqanları mərhələ-mərhələ fəaliyyətinə başlamalıdır:
"Azərbaycanlılar Xankəndi, Xocalıya da qayıtmalıdır. Bu proses sürətli getməlidir. Kimsə bu prosesi ləngidərsə, hüquqdan kənar addımlar atarsa.... İndi 1990-cı illər deyil, Azərbaycan diplomatik cəhətdən güclü dövlətdir, həm də onun güclü, silahlı qüvvələri var. Orda terroristlər gizlənəcəksə və Rusiya sülhməramlıları onları himayə edəcəksə, bu mümkün olası iş deyil. Azərbaycan ordusu, xüsusi təyinatlılar və Daxili Qoşunlar onları təmizləyəcək. Düşünmürəm ki, Rusiya dövləti buna gedər. Rusya və Azərbaycan arasında normal münasibətlər var. Rusiya bu münasibətləri pozmaq istəmir".
560 dəfə oxundu