Beynəlxalq Bank Qarabağ əlilinə xidmətdən imtina edib - Limiti keçmək bəhanəsi ilə

Məqalədə daha sonra bildirilir: "Bank filialının müdirinə şikayət etmək isə Qarabağ əlilinin istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə sonuclanıb. 2 saatlıq növbədən sonra qaziyə limiti keçdiyini bildirib , mühafizə polisi ilə binadan çıxarıblar . Maraqlıdır ki, əlildən öncə kassirin növbədənkənar 5800 dollar satdığı müştərinin səhər tezdən də dollar aldığını elə kassir xanımın özü “növbəsiz xidmət”inə haqq qazandırmaq üçün vurğulayıb. Qarabağ əlili ha anlatsa da ki, limit həddinin keçilməsi valyutanın mənbəyini göstərəndə qüvvədən düşür, filial müdiri də, Günel xanım da “dedığım dedığdır” deyib xidmətdən imtina ediblər. Müştəri Beynəlxalq Bankın 4930091 nömrəsi ilə əlaqə saxlayanda isə dəstəyi götürən xanım operator əlil-istehlakçının şikayətini qeydə almaqdan imtina edib ki, əsassızdır. Bəyəm şikayətin əsasla-əsassız olmasını telefon operatoru müəyyən edir? Bir də Qarabağ əlilinin 300 dollarlıq valyutası bank sektorunu çökdürəcəkmiş? Bunu əvvəldən desəydilər, əlil -istehlakçı limitdən yararlanmayan ailə üzvlərini də özü ilə cüzi dollar dəyişməyə aparardı. Bankın istehlakçı hüquqlarını pozmasından, yəqin ki, məhkəməyə müraciət ediləcək. Ağrıdıcı odur ki, bank müdiri və kassiri digər müştəriləri və mühafizə polisini də qanunsuz əməllərinə ortaq edib.
Belə bank xidməti ilə yeni ildə nəyəsə ümid etmək olar? Qarabağ əlilinin xaricdə müalicəyə getməyə pensiyasını dollara çevirməsi ölkənin valyuta ehtiyatlarının tükənməsinə gətirəcək?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
663 dəfə oxundu