Xırdalanda növbəti küçələrin asfaltlanmasına başlanıldı – Başçı əraziyə gəldi - FOTOLAR

Xırdalanda növbəti küçələrin asfaltlanmasına başlanıldı –


Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı ilə Xırdalan şəhərində daha iki küçəsində asfaltlanma işlərinə başlanılıb.

Gundeminfo.az xəbər verir ki, RİH başçısı görülən işlərlə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. Bildirilib ki, asfaltlanma işləri Xırdalan şəhərinin Əbdüləli Mürsəlov (6570 kv m) və Şıxəli Qurbanov (9170 kv m) küçələrində həyata keçiriləcək. Layihə çərçivəsində piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

Yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Layihə çərçivəsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Küçənin işıqlandırılması həyata keçiriləcək.

Xırdalanda növbəti küçələrin asfaltlanmasına başlanıldı –
Xırdalanda növbəti küçələrin asfaltlanmasına başlanıldı –
Xırdalanda növbəti küçələrin asfaltlanmasına başlanıldı –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...