"Bəzi mövzular üzrə suallar imtahana salınmayacaq" - Təhsil Nazirliyi

"Bəzi mövzular üzrə suallar imtahana salınmayacaq" -
Pandemiya ilə əlaqədar bu il də bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarının suallarına daxil edilməyəcək.
Azvision.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, Təhsil İnstitutu tərəfindən hələ oktyabr ayında şagirdlər üçün ixtisar edilməsi tövsiyə edilən mövzular hazırlanmışdı:

“Pandemiya ilə əlaqədar tövsiyə edilmişdi ki, bu mövzular keçirilməyə də bilər. Bu, şagirdlər üçün bir güzəşt idi. Siyahını Dövlət İmtahan Mərkəzi ilə də bölüşmüşük. Builki məzunlar üçün qəbul və buraxılış imtahanlarında həmin suallar üzrə mövzular salınmayacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...