Kərim Şükürovla hər hansısa problem olacağını düşünmürük - DİREKTOR MÜAVİNİ
Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov çalşıdığı qurumdakı son kadr dəyişikliyindən danışıb.
Modern.az-a açıqlama verən direktor müavini öncə sabiq rəhbəri Yaqub Mahmudovdan söz açaraq, onu Azərbaycan elminin ən görkəmli şəxsiyyətlərindən biri adlandırıb.
"On alt il Tarix İnstutunda fəaliyyət göstərdi, elmi nəticələr əldə etdi, müəyyən problemlər aradan qaldırıldı, hansı ki, tarix elmi qarşısında tədqiqinə çox böyük ehtiyac var idi. Yaqub Mahmudovla yenə də əlaqələrimiz var və hər zaman da olacaq".
Cəbi Bəhramov bundan sonra hansı işlərin görüləcəyi barədə də məlumat verib.
“Azərbaycan tarixinə aid probelmlərin əsaslı şəkildə xalqımıza çatdırılması bizim əsas vəzifəmizdir.
İşlərin böyük hissəsi görülüb, daha geniş şəkildə yenidən davam edəcək. Əsasən də Azərbaycan xalqının vətən müharibəsində əldə etdiyi qələbədən sonra Azərbaycana qarşı olan düşmən qüvvələrin ideoloji sahədə fəallaşmasını nəzərə alaraq, həmin hücumları dəf etmək üçün elmi cəhətdən yüksək səviyyədə işlənmiş əsərlərin, məqalələrin yazılması, sənədli filmlərin çəkilməsi, virtual proqramların hazırlanması üzərində işlər daha da genişlənəcək. Keçmişi öyrənmək, keçmişin təcrübəsindən istifadə etmək bunlar bizim qarşımızda duran ən mühüm vəzifələrdir.
Yeni təyin olunmuş kadr Kərim Şükürov da AMEA-nın şəxsi kollektivinin üzvü, alim, elmlər doktoru, professordur. Ona görə də hər hansısa bir problem olacağını düşünmürük. Ulu öndərin qarşımızda qoyduğu çağırışlar var. Hansı ki, Azərbaycan tarixinin obyektiv yazılması, tarixin necə varsa o cür təqdim olunması, xüsusəndə 19-20-ci əsrlər tarixinin daha geniş, dəqiq şəkildə işləməsi üçün tədbirlər davam etdiriləcək. Biz bundan sonra da min illik tariximizi olduğu kimi xalqımıza çatdıracağıq. Müharibədə əldə etdiyimiz qələbə xüsusi ilə də Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən unikal döyüş vasitəsi ilə azad edilməsi artıq dünyanın hərb mərkəzlərində öyrənilir. Biz tarixi cənab Prezidentin çağırışlarını əsas götürərək faktlar, sənədlər əsasında təqdim edəcəyik".
618 dəfə oxundu