Ürək-damar xəstələri peyvənd vurdura bilərmi? - Həkim rəyi

Ürək-damar xəstələri peyvənd vurdura bilərmi? -


Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək-damar xəstələrinə müraciət edib.

Yenisabah.az-ın məlumatına görə, deputat bildirib ki, ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər.

“Bütün açıq ürək və stentləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVID-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...