Qarabağda daha 6 erməni hərbçinin cəsədi tapıldı

Qarabağda daha 6 erməni hərbçinin cəsədi tapıldı
Bu gün Azərbaycanın Füzuli və Xocavənd rayonları ərazisində aparılan axtarış işləri nəticəsində daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumatda bildirilib ki, cəsədləri tapılan hərbi qulluqçuların şəxsiyyəti müayinələr nəticəsində müəyyənləşdiriləcək. Son məlumata görə, 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasından indiyə kimi Qarabağ ərazisində 1496 erməninin cəsədi tapılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...