Azərbaycanada "Aİ-98" markalı benzin Gürcüstan və Ermənistandan bahadır – Avropa ölkələrinin TAM SİYAHISI
Avropa ölkələri arasında “Aİ-98” ("Super") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur.
Yeniavaz.com məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, Rusiyada “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 0,61 avro (1,24 manat) təşkil edir.
Avropa ölkələri arasında “Aİ-98” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-98” markalı benzinin 1 litri 1,91 avroya (3,87 manat) satılır.
Avropa ölkələri arasında 5-ci sırada olan Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 1 manat 40 qəpiyə (0,69 avro) bərabərdir.
Avropada “Aİ-98” markalı benzinin Azərbaycandan ucuz olduğu 4 ölkə var - Rusiya, Belarus, Gürcüstan və Ermənistan.
"Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-98” markalı benzinin qiyməti mart ayında aşağıdaki kimi olub:
Rusiya – 0,61 avro
Belarus – 0,64 avro
Gürcüstan – 0,67 avro
Ermənistan – 0,67 avro
Azərbaycan – 0,69 avro
Türkiyə - 0,88 avro
Ukrayna – 0,89 avro
Moldova – 0,91 avro
Bosniya və Herseqovina – 1,06 avro
Rumıniya – 1,10 avro
Şimali Makedoniya – 1,10 avro
Polşa – 1,15 avro
Çexiya – 1,17 avro
Andorra – 1,18 avro
Monteneqro – 1,19 avro
Kipr – 1,20 avro
Macarıstan – 1,21 avro
Sloveniya – 1,23 avro
Bolqarıstan – 1,23 avro
Litva – 1,30 avro
Lüksemburq – 1,20 avro
Sebiya – 1,32 avro
Latviya – 1,32 avro
Avstriya – 1,35 avro
Estoniya – 1,40 avro
Xorvatiya – 1,41 avro
İspaniya – 1,44 avro
Slovakiya – 1,45 avro
İsveçrə – 1,45 avro
Malta – 1,49 avro
Belçika – 1,54 avro
Fransa – 1,57 avro
Almaniya – 1,58 avro
İsveç – 1,60 avro
Danimarka – 1,62 avro
Portuqaliya – 1,64 avro
İtaliya – 1,65 avro
Finlandiya – 1,65 avro
Yunanıstan – 1,66 avro
Böyük Britaniya – 1,66 avro
Norveç – 1,68 avro
Niderland – 1,91 avro
882 dəfə oxundu