Koçaryan Ter-Petrosyanın sədr müavinini MƏHKƏMƏYƏ VERDİ

Koçaryan Ter-Petrosyanın sədr müavinini

Ermənistanın eks-prezidenti Robert Koçaryanın adı daha bir məhkəmə prosesində hallanır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Koçaryan ilk prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi”partiyasının sədr müavini Aram Manukyanı məhkəməyə verib.

Koçaryan Aram Manukyandan “böhtanı təkzib etmək və təhqirə görə üzr istəməyi” tələb edib. 2008-ci il 1 mart hadisələri barədə danışarkən Aram Manukyan “Koçaryan müdafiəsi üçün oğurladığı pullardan istifadə edir” , “hakimiyyəti oğurlayıb” və s. açıqlamalar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...