Açıq havada maskadan istifadə ləğv edilə bilər

Açıq havada maskadan istifadə

Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər.

Unikal.org xəbər verir ki, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır:

“Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.

O qeyd edib ki, müzakirələr arasında ictimai nəqliyyatla bağlı bir sıra məsələlərdə var ki, yaxın günlərdə bu barədə də məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...