Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi -
Yardımlı rayonunda Vətən müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlıya vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İskənkəndərov feysbukda bildirib.

Onun sözlərinə görə, rayonun Ostayır kənd sakini A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi -

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...