Sabah və bazar günü avtobuslar işləyəcək? - RƏSMİ CAVAB

Sabah və bazar günü avtobuslar işləyəcək? -
İyunun 15-də Bakıda marşrut avtobusları fəaliyyətinə davam edəcəklər.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, 15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmıyaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək:

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyunun 19-u saat 00:00-dan iyunun 20-si saat 06:00-dək, iyunun 26-sı saat 00:00-dan iyunun 28-i saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...