Bakıdan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb -
Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” QSC- (AZAL) məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

AZAL-dan APA-ya verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...