20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var - FOTOLAR

20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var -


20 yaşlı Rəhmanın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun qardaşı Rəhimov Rəhim məlumat verib.

Onun sözlərinə görə, qardaşı artıq 10 ildir qaraciyər xəstəliyindən əziyyət çəkir:

“Qardaşım 2000-ci il təvəllüdlü Rəhimov Rəhman Tofiq oğlu 10 ilə yaxındır qaraciyər xəstəliyindən əziyyət çəkir. Neçə illərdir biz onu İrana müalicəyə aparırdıq. Xəstəlik qaraciyər sirrozuna çevrilməsin deyə mütəmadi müalicə alırdı. Pandemiya ərəfəsində dərmanları tapa bilmədik və vəziyyəti bir qədər ağırlaşdı. Bakıya xəstəxanaya gətirdik və Mircəlal həkim müayinə etdi. O dedi ki, artıq qaraciyər sirrozunun ilkin mərhələsi başlayır, müalicə yox əməliyyat lazımdır.

Həkimin sözlərinə görə təkcə əməliyyatın xərci 47 min manatdır. Çoxsaylı analizlər və əməliyyatdan sonra həkim nəzarətində qalması, dərmanlar bu məbləği daxil deyil. Maddi durumumuz əməliyyat xərclərini qarşılamağa yol vermir. Çox xahiş edirəm ki, qardaşımın əməliyyatı üçün bizə dəstək olasınız”.

R.Rəhimov deyir ki, qardaşı üçün iki donor tapılıb:

“İki nəfər donor var. Yalnız onların toxumalarının uyğunluğunun yoxlanılması üçün tələb olunan analizlər çox bahalı olduğu üçün hələ ki, yoxlanılmayıb. Maddi durumumuz çox aşağı səviyyədədir”.

Ailəyə yardım etmək istəyənlər +99470 569 19 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.

20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var -
20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var -
20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var -
20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var -
20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var -
20 yaşlı Rəhmanın xalqın köməyinə ehtiyacı var -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...