Azərbaycanda peyvənd olunmayanlara çörək satılmayacaq?

Azərbaycanda peyvənd olunmayanlara çörək satılmayacaq?
Türkiyədə koronavirusa yoluxanların sayının artması səbəbindən İstanbulun 6 bölgəsində vaksin olunmayan şəxslərə çörək satılması qadağan edilib. Qərara görə, qeyd edilən ərazilərdə yerləşən çörək dükanlarına peyvəndsiz girmək də mümkün olmayacaq. Vaksin qərarının yaxın zamanlarda digər bölgələrə, hətta bütün Türkiyəyə şamil edilə biləcəyi qeyd olunub. Qardaş ölkədə belə bir qərarın qəbul edilməsi Azərbaycanda da eyni addımın atılıb-atılmayacağı ilə bağlı məsələləri gündəmə gətirib.

Bəs görəsən Azərbaycanda peyvənd olunmayan insanlara çörək satışı qadağan edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, bu addım qəti şəkildə yolverilməzdir: “Çünki insan azadlıqlarının və qidalanma ilə bağlı hüquqlarının əlindən alınması deməkdir. Artımla bağlı statistika mövcud olanda sərtləşdirmə ilə əlaqədar müxtəlif addımlar atıla bilər. Karantinin sərtləşdirilməsi bəzən alternativsiz məcburiyyətdən irəli gəlir. Bu da anlaşılandır. Lakin insanların çörək, su və digər yaşayış üçün zəruri olan qidalarla imtahana çəkilməsi, onların həyatlaının əlindən alınması deməkdir. Yəni insana çörək verməyəndən sonra, onu müalicə edib-etməməyin heç bir önəmi yoxdur. Çünki bu insan üçün ölüm deməkdir. Ona görə də belə bir qərarın qəbulu kökündən yanlışdır və heç bir halda buna yol vermək olmaz”.

Elşad Məmmədov əlavə edib ki, peyvənd məsələsində məcburiyyət mümkün deyil: “Əgər bir şəxs peyvənd edilməyibsə onu kütləvi tədbirlərdən, insanların sıx olduğu yerlərdən uzaqlaşdırmaq mümkündür. Amma ona yaşamaq hüququnu yalnız Allah verir. Bu hüququ onların əlindən almaq heç bir məntiqə sığmır. Düşünürəm ki, Azərbaycan hökuməti bu qərara heç vaxt imza atmaz. Yəni ölkədə belə bir qərarın tətbiqi gözlənilən deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...