“Şuşaya II avtomobil yolunun inşası gələn il başa çatdırılacaq” - AAYDA
“Şuşa şəhərinə 2-ci avtomobil yolu 4-6 hərəkət zolaqlı olacaq”.
“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.
“Yol I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır. Uzunluğu 81,6 km olacaq yol 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20,3 km qısa olacaq. Avtomobil yolunun inşasının 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.
Bundan başqa, onun sözlərinə görə, ölkə prezidentinin “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası haqqında” sərəncamına uyğun olaraq bir neçə istiqamətdə işlər davam etdirilir: “Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulub və bu işlər uğurla davam etdirilir”.
527 dəfə oxundu