Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb - FOTOLAR

Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb -
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

Bu barədə Gundeminfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.
Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb -
Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb -
Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...