İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü

İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü

Abşeronda ali məktəblər üçün keçirilən imtahanlarda 600-dən yuxarı bal toplayan 78 abituriyentlə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov və müəllimlər.

Azərbaycan himni ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əıziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İ.Gülməmmədova imtahanlarda uğur qazanmış şagirdləri təbrik edərək Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən danışıb. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düzgün qərarları sayəsində və ordumuzun, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları sayəsində torpaqlarımızın iğaldan azad edildiyini, düşmənə sarsıldıcı zərbənin vurulduğunu deyən başçı qeyd edib ki, bundan sonra şagirdlərimizin qalib ölkənin gəncləri kimi böyüyəcək, təhsil alacaq, öz müstəqil həyatlarını quracaqlar.
İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü

İcra başçısı qeyd edib ki, 2020-2021-ci tədris ilində XI sinifi bitirən 2707 məzundan 2222 nəfər ali məktəbə qəbul olunmaq üçün sənəd verib, onlardan 1597 nəfər (71%) tələbə adını qazanıb. Rayon üzrə 78 nəfər 600-dən yüksək bal toplayıb.

Sonra millət vəkili Şahin Seyidzadə, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov və məktəb drektorları çıxış edərək uğur qazanan abituriyentləri təbrik edərək gələcəkdə uğurlar arzulayıblar. Bundan sonra yüksək bal toplayan abituryentlər çıxış edərək gələcək planlarından danışıblar.

Sonda uğur qazanan şagirdlərə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...