Azərbaycanın əməkdar jurnalisti vəfat edib

Azərbaycanın əməkdar jurnalisti vəfat edib
Əməkdar jurnalist, publisist, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.

"Report" xəbər verir ki, o, 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Mikeladze mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən çox kitabın müəllifi olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Q.Mikeladze 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...