Federasiyalara niyə məmurlar rəhbərlik edir? - Ağacan Abiyevdən açıqlama

Federasiyalara niyə məmurlar rəhbərlik edir? -
Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, keçmiş deputat Ağacan Abiyev qurumun seçki-hesabat konfrasına qatıla bilməyib.

Bu barədə Qaynarinfo-ya Ağacan Abıyevin özü bildirib. O, konfransa qatıla bilməməsini pandemiya ilə əlaqələndirib: "Pandemiyadır, mən də yaşlı adamam. Ona görə iştirakım məqsəduyğun sayılmadı".

Ağacan Abiyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin federasiyanın prezidenti seçilməsinə də münasibət bildirib: "Məncə, Sahil Babayevin prezident seçilməsi federasiya üçün yaxşı olacaq. Əvvəl iş getmirdi, bundan sonra gedər. Bir də o 100 illiyə seçilməyib ki. Bir az keçsin, baxaq görək, işlər necə gedir”.

Keçmiş deputat idman federasiyalarına məmurların rəhbərlik etməsini müsbət qiymətləndirib: "Bilirsiniz, dəstək lazımdır. Köməksiz iş getmir. Məmurların federasiyalara rəhbərlik etməsi bununla bağlıdır. Deyirlər ki, federasiyalara idmançılar rəhbərlik etsin. Onda da müavin hansısa məmur olur. Bu sadəcə köməkdir".

Qeyd edək ki, Boks Federasiyasının prezidenti Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...