Azərbaycan Prezidenti İlham Əliyev ölkənin özünü buğda ilə təminetmə səviyyəsinin cəmi 55 faiz olduğunu və bu göstəricinin artmadığını açıqlayaraq aqrar sektora ciddi mesaj verdi. Belə bir vaxtda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlarda baş verən kadr dəyişiklikləri ictimaiyyətin diqqətini cəlb edir. Mediatvaz.com-a daxil olan məlumata görə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Qarabağ Regional İdarəsində həyata keçirilən son təyinat ciddi suallar doğurub.Vaxtilə fəaliyyəti ilə bağlı hüquqi araşdırmalar aparılmış və barəsində cinayət işi açılmış Çərkəz Şirinov yenidən rəhbər vəzifəyə – rəis müavini postuna gətirilib. Bildirilir ki, bu təyinatın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə razılaşdırılmadan həyata keçirildiyi iddia olunur.Daxil olan məlumatlarda qeyd edilir ki, hazırda “Azəraqrar”da bir sıra kadr məsələlərinə direktorun müavinləri Həsən Həsənov və Fəxrəddin Qəhrəmanovun nəzarət etdiyi bildirilir. İddialara görə, Fəxrəddin Qəhrəmanovun keçmiş xidməti münasibətlərdən istifadə edərək qurum daxilində təsir imkanlarını genişləndirdiyi və müəyyən kadr təyinatlarında rol oynadığı vurğulanır.Əlbəttə, bu iddiaların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi və ya təkzib olunması vacibdir. Lakin ortada cavab gözləyən suallar var. Əgər aqrar sahədə əsas məqsəd məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və fermerlərin problemlərinin həllidirsə, niyə müzakirələrin mərkəzində yeni layihələr, innovasiyalar və istehsal göstəriciləri deyil, məhz mübahisəli kadr təyinatları dayanır? Rəhbər vəzifələrə təyinat zamanı təkcə hüquqi meyarlar deyil, həm də ictimai etimad, peşəkarlıq, reputasiya və şəffaflıq amilləri nəzərə alınmalıdır. Cəmiyyətin sualı da məhz budur: əvvəllər fəaliyyəti ilə bağlı mübahisələr yaranmış şəxslərin yenidən rəhbər postlara gətirilməsi hansı peşəkar və idarəçilik meyarlarına əsaslanır? Bu gün cənab Prezident aqrar sektorda nəticə tələb etdiyi halda, sistem daxilində kimin kimi və hansı əsaslarla vəzifəyə gətirməsi barədə iddiaların gündəmə gəlməsi narahatlıq doğurur. Çünki kənd təsərrüfatının inkişafı şəxsi münasibətlər, qeyri-rəsmi təsir mexanizmləri və qapalı kadr oyunları ilə deyil, peşəkarlıq, hesabatlılıq və şəffaf idarəetmə ilə mümkündür. Əgər doğrudan da kadr təyinatlarında əsas meyar bilik, təcrübə və nəticə deyil, şəxsi əlaqələrdirsə, o zaman buğda istehsalında qeyri-inkişafın səbəblərini uzaqda axtarmağa ehtiyac qalmır.Bu gün aqrar sektorun qarşısında duran əsas vəzifə yeni rekordlar qırmaq, məhsuldarlığı artırmaq və ölkənin ərzaq təhlükəsizliyini gücləndirməkdir. Lakin gündəm inkişaf proqramları deyil, mübahisəli təyinatlar və təsir dairələri haqqında iddialarla zəbt olunursa, o zaman haqlı sual yaranır:Belə idarəçilik şəraitində hansı inkişafdan söhbət gedə bilər? Qarşı tərəfin cavab haqqını tanıyırıq
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.