Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq

Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq

Azərbaycan Respublikasında ehtiyac meyarı ləğv olunacaq.

Bu barədə Modern.az-a hökumətdəki mənbə məlumat verib. Bildirilib ki, 2019-cu ildə Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq. Yəni 2020-ci il üçün ehtiyac meyarının həddi nəzərdə tutulmayacaq.

Qanunda göstərilib ki, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

“Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində nəzərdə tutulub.

2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...