Əhmədovun qarajında 10000 butulka saxta araq - FOTOLAR

Əhmədovun qarajında 10000 butulka saxta araq -

Yekaterinburq polisi şəhərin Uralmaş hissəsində yerləşən adi qarajda 10 mindən çox butulka müxtəlif saxta spirtli içki aşkarlayıb.

Virtualaz.org yerli “e1.ru” portalına istinadən xəbər verir ki, hüquq-mühafizə oranlarının əməkdaşları anbarı bu gün, yanvarın 6-da ləğv ediblər.

Əhmədovun qarajında 10000 butulka saxta araq -


Mənbəyə görə, malın yiyəsi anbara “Daewoo Nexia” avtomobili ilə gəlib və çox güman ki, işçkiləri mağazalara çatdırmaq niyyətində imiş. Lakin elə həmin vaxt qaraja polis əməkdaşları gəlib. Saxlanılan şəxs – 38 yaşlı azərbaycanlı Əhmədov özünü anbardar kimi təqdim edib.

Polisin məlumatına əsasən, müsadirə edilmiş alkoqollu içkilər bir sıra əlamətlərinə görə saxtadır. Ələlxüsus, aksiz markalarının saxtalaşdırıldığı artıq məlumdur. Ekspertizadan sonra cinayət işinin başlanması məsələsi həll ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...