Qubada yağan qarın törətdiyi fəsadlar aradan qaldırılıb - FOTO - VİDEO

Qubada yağan qarın törətdiyi fəsadlar aradan qaldırılıb -

Quba rayonunda yağıntı kəsib, yollarda gediş-gəliş normaldır.

Bu barədə "Report"un Şimal bürosuna Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı Quba Yol İdarəsindən və Daxili İşlər Nazirliyinin Quba Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Belə ki, ötən gün Qubada yağan qarın hündürlüyü külək səbəbindən maksimum 10 santimetrə çatıb. Quba-Xınalıq yolunda isə qarın hündürlüyü 7-10 santimetr olub.

Quba-Qonaqkənd yolunda və digər avtomobil yollarında qabaqlayıcı tədbirlər nəticəsində təhlükəsizlik təmin olunub. Yollara qum və duz səpilib, təhlükə törədən ağacların budanması işi aparılıb.

Quba Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Quba-Xınalıq yolunda sürüşüb yoldan çıxmış avtomobilin xanım sürücüsünə yardım edib və maşını yola çıxarıb. Hazırda avtomobil yollarında hərəkətdə problem yoxdur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...