Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar yeni sahibkarlıq obyektlərinin yaranmasına şərait yaradır. Müxtəlif iqtisadi sahələrə aid dövlət əmlaklarının özəlləşdirilərək yenidən qurulması və uğurlu fəaliyyəti özəl sahənin inkişafına müsbət təsir göstərir. Tətbiq olunan müasir üsullar hərraclarda rahat iştirak şəraiti yaradır, prosesdə vətəndaş marağını artırır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 2 aprel tarixində keçiriləcək. Ayın ilk özəlləşdirmə hərracına ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan23-ü səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 8-i yarımçıq tikili, 8-i isə nəqliyyat vasitəsidir.

Komitədən GUNDEMİNFO-ya verilən məlumata əsasən özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Bakı, Yevlax, Ağcabədi ilə yanaşı, digər şəhər və rayonlarda yerləşir. Dövlətə məxsus səhm hissələrinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətlərinəqliyyat,kəndkimya, inşaat kimi müxtəlif iqtisadi sahələrə aiddir. Qeyd edək ki, hərraca“Kürdəmir Kəndkimya”, “Neftçala Ət”, “Tovuz Məişət“kimi səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri çıxarılıb.
Ümumi faydalı sahəsi 12.2 kv.m ilə 11.2 min kv.m arasında olan kiçik dövlət müəssisə və obyektləri üzrə geniş seçim imkanları mövcuddur. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarına Şəki və Balakəndə Əmlak kompleksləri, İmişli və Neftçalada ticarət, ictimai iaşə obyektləri aiddir. Daşkəsən rayonunda yerləşən yardımçı təsərrüfatın isə ümumi faydalı sahəsi 1941.2kv.m-dir. 41 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakı kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaq istəyən investor üçün uğurlu seçimdir.
Aprelin ilk hərracı:

Xidmət və ofis obyekti kimi istifadə imkanları yaradan qeyri-yaşayış sahələrindən 7-si paytaxtda, 4-ü Sumqayıtda, 3-ü Gəncədə, digərləri isə Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m ilə 323.2 kv.m intervalındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyovküçəsindədir.

Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələri BMW, Nissan, Rexton və digər markalara aiddir. Buraxılış tarixləri 1995-2007intervalında olan avtomobillərüzrə təyin olunmuş ilkin hərrac qiyməti 400 manat ilə 14 min manat arasındadır.

Hər bir dövlət əmlakı haqqında ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalından (privatization.az) əldə etmək mümkündür. İştirak etmək istəyənlər elektron formada qeydiyyatdan keçməklə ilkin hərrac qiymətinin 10%-i həcmində beh ödəyib sifarişçiyə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.








Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...