İcra başçısı Salyan idman ictimayyəti ilə görüşdü - FOTOLAR

İcra başçısı Salyan idman ictimayyəti ilə görüşdü -

Salyan rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilmişdir. Gundeminfo.az xəbər verir ki, bu gün rayon İcra hakimiyyətində “BədənTərbiyəsi və İdman günü“ münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Gənclər və İdman idarəsi, rayonun tanınmış məşqçi-müəllimləri, müxtəlif beynəlxalq turnirlərin, dünya çempionatlarının və respublika birinciliklərinin qalibləri olan idmançılar iştirak etmişdir. Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə söhbət açmışdır. Daha sonra tədbirdə çıxış edənlər ölkə rəhbəri tərəfindən respublikada idmanın kütləviliyinə nail olunması və ölkə idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlar qarşısında xüsusi vəzifələr qoyulduğunu qeyd etməklə, ölkədə həyata keçirilən məqsədyönlü, davamlı sosial siyasətin bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynadığını diqqətə çatdırmışlar.

Tədbirin sonunda rayon İcra hakimiyyəti başçısı tərəfindən respubilka və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş bir qrup idmançı qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

İcra başçısı Salyan idman ictimayyəti ilə görüşdü -
İcra başçısı Salyan idman ictimayyəti ilə görüşdü -
İcra başçısı Salyan idman ictimayyəti ilə görüşdü -
İcra başçısı Salyan idman ictimayyəti ilə görüşdü -
İcra başçısı Salyan idman ictimayyəti ilə görüşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...