Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ birinciliyi başlayıb

Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ birinciliyi başlayıb
Ağcəbədi rayon Taxta Körpü qəsəbəsində start götürən yarışda beş komanda içtirak edir.

Azərbaycan Alpaqut Federasiyasının (AAF) regionların inkişafı üzrə vitse prezidenti Rafiq Qasımovun Baku.News-a verdiyi məlumata görə Federasiyanın Qarabağ Regional Nümayəndəliyinə daxil olan Ağdam, Ağcəbədi, Kəlbəcər, Laçın və Zərdab rayon Filiallarını təmsil 100-dən artıq idmançı güclərini sınayırlar.

Laçın rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən Qarabağ regional açıq birinciliyi Laçın rayonunun müvəqqəti inzibati mərkəzi sayılan Ağcəbədi rayon Taxta Körpü qəsəbəsində keçirilir. Yarış Alpaqut Turan döyüş sənətinin Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilir.
Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ birinciliyi başlayıb

Yekunda qaliblərə medal və diplomlar təqdim ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...