Narkotiki təbliğ edən daha bir meyxanaçı saxlanıldı

Narkotiki təbliğ edən daha bir meyxanaçı saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli (Çərkəzoğlu) saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib. Qeyd edək ki, buna qədər “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev və reper Aydın Hüseynov analoji təbliğə görə həbs olunub.

Narkotiki təbliğ edən daha bir meyxanaçı saxlanıldı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...