Gəmidə yaralananlardan 3-nün vəziyyəti ağırdır - Nazirlik

Gəmidə yaralananlardan 3-nün vəziyyəti ağırdır -
Dünən “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışda yaralanan 3 nəfərin vəziyyəti kritikdir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Qafqazinfo”ya açıqlamasında bildirib:

“Mərkəzi Neftçilər Xəstəxanasına 14 nəfər yerləşdirilib. Onlardan 7-si stasionar şəraitdə müalicə alır, 7-si isə reanimasiyadadır. Reanimasiyada olanlardan 3-nün vəziyyəti kritikdir. Bədənlərinin 40%-i yanıb. Stasionar şəraitdə olanlar 2-3 günə evə buraxılacaqlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...