Polislər “bomj”un həyatını xilas etdilər

Polislər “bomj”un həyatını xilas etdilər

Bakıda səfil həyat tərzi sürən şəxs özünə xəsarət yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 27-də paytaxtın Səbail rayonunda qeydə alınıb.

Rayon ərazisində xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları heç bir yaşayış yeri olmayan, tüfeyli həyat keçirən E.Kərimovun vəziyyətinin yaxşı olmadığını görüblər.

Məlum olub ki, “bomj” kəsici-deşici alətlə özünə xəsarət yetirib.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırılmasını təmin ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...