Almaniyada azərbaycanlı hamilə qadın binadan yıxılıb öldü

Almaniyada azərbaycanlı hamilə qadın binadan yıxılıb öldü
"Berlin şəhərinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyatsızlıqdan 4-cü mərtəbədən binanın həyətinə yıxııb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib".

BakuPost-un məlumatına görə, bunu Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

Ə.Əliyevin sözlərinə görə, dünyasını dəyişən qadın hamilə olub: "Təcili aparılmış qeysəriyyə əməliyyatına baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hazırda hüquq mühafizə orqanları hadisənin detallarını araşdırlar. Rəhmətə gedən xanım əri və 1 uşağı ilə birlikdə yaşayırmış".

Hüquq müdafiəçisi yaxında olanlardan ailəyə dəstək olmağı xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...