Rusiyada qəzaya uğrayan hücum təyyarəsinin pilotlarının cəsədləri tapılıb

Rusiyada qəzaya uğrayan hücum təyyarəsinin pilotlarının cəsədləri tapılıb
Stavropol diyarında qəzaya uğramış Su-25UB tipli hücum təyyarəsinin 2 pilotunun cəsədləri qəza yerində tapılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgədəki təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Rusiya Müdafiə Nazirliyindən verilən xəbərə görə, ölən pilotların hər ikisinin təyyarədən qurtulmaq üçün vaxtları olmayıb.

Onların cəsədləri təyyarənin kokpitindən çıxarılıb.

Xatırladaq ki, sentyabrın 3-də Stavropol diyarında planlaşdırılmış təlim-məşq uçuşu zamanı Su-25UB tipli təyyarə qəzaya uğrayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...