Beyləqan İcra Hakimiyyəti təkzib edir: "“Vaqif” firması keçirilmiş tenderin qalibi olub"

Beyləqan İcra Hakimiyyəti təkzib edir:
Beyləqan rayon İcra hakimiyyəti bildirir ki, 03.09.2019-cu il tarixdə Qafqazinfo.az saytında “İcra hakimiyyəti heç kimin tanımadığı “Vaqif”ə 1,0 milyon manat verir sərlövhəli məqalə dərc edilmişdir.Beyləqan rayon İcra hakimiyyəti bildirir ki, bu həqiqətə uyğun deyil, böhtan xarakterlidir.

Bu etiraz Gundeminfo.az-a Beyl'qan rayon icra hakimiyyəindən daxil olan təkzib məktubunda ifadə edilib.

Məlumatda daha sonra qeyd edilir ki, dərc olunan materialların saxta olduğunu bildiririk və dərin təəssüf hissi keçiririk.

Məlumat üçün bildiririk ki, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün 08 avqust 2019-cu il tarixdə açıq tender keçirilmiş, “Vaqif” firması keçirilmiş tenderin qalibi elan olunmuşdur. Bildirik ki, tenderin qalibi “Vaqif” firması 1997-ci ildən təsis edilərək fəaliyyət göstərir.

Firma Bakı şəhərində və regionlarda bir çox əhəmiyyətli abadlıq quruculuq sahəsində keyfiyyətli işlər görmüşdür. Hazırda həmin firma Beyləqan şəhərində davamlı olaraq aparılan abadlıq-quruculuq işlərini həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...