"Böyük Çin səddi" təqaüd proqramının nəticələri açıqlandı - Azərbaycandan bir nəfər var

"Böyük Çin səddi" təqaüd proqramının nəticələri açıqlandı -

UNESCO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi "Böyük Çin səddi" təqaüd proqramının nəticələri elan edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, proqram üzrə bir nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.

Qalib namizəd Çinin "Shaanxi Normal University" ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində "Çin dili" ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, təqaüd proqramının müddəti bir ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də, aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə UNESCO tərəfindən qarşılanacaq.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...