88 yaşlı kişi fındıq yığmağa getdi, itkin düşdü

88 yaşlı kişi fındıq yığmağa getdi, itkin düşdü

Qaxda 88 yaşlı kişi itkin düşüb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, rayonun Ləkit kənd sakini Aslan Ağamalıyevdən xəbər yoxdur.

Ailə üzvləri bildirir ki, o, sentyabrın 1-i səhər saatlarında fındıq yığmaq üçün bağa gedib. Həmin gündən A.Ağamalıyev geri qayıtmayıb.

Yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...