Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı

Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı işdən çıxarılıb.

"Gundeminfo" bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, F.Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...